Ziraat Bankın kredit portfeli 2,3 dəfə artıb | Banco.az

Ziraat Bankın kredit portfeli 2,3 dəfə artıb

Ziraat Bank Azərbaycan, cari ilin ikinci rübünə olan maliyyə nəticələrini açıqlayıb. Bu haqda Banco.az portalı Ziraat Bank Azərbaycan rəsmi saytına istinadən məlumat verir. Portalın məlumatına əsasən Bank cari ilin ikinci rübünü (ilin əvvəlindən hesabat dövrünə qədər) 1 mln 744 min manat xalis mənfəətlə başa vurub.

2016-ci ilin ikinci rübü ilə müqayisədə bankın cəmi aktivləri 36,6%  dəfə artaraq, 154  mln 392 min manata çatıb. Kredit portfelində isə daha əhəmiyyətli dərəcədə artım qeydə alınıb və portfelin həcmi 2,3 dəfə artaraq, 65 mln 744 min manata yüksəlib.

Bankın kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayırdığı məqsədli ehtiyatlar 23 min manat  təşkil edib. Bankın depozit portfeli və cəmi öhdəlikləri isə müvafiq olaraq, 75% və 65%  artmışdır.  Ətraflı şəkildə diaqramdan izləyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Ziraat Bank Azərbaycan həmçinin cari ilin ikinci rübünə olan mənfəət və zərər göstəricilərini açıqlayıb.  Bankın faiz gəlirləri 5 mln 22 min manat, faiz xərcləri isə 1 mln 421 min manat olub. Həmin müddət ərzində bankın qeyri faiz gəliləri 2 mln 69 min manat, qeyri faiz xərcləri isə 2 mln 865 min manat olub. Bank ilin 1-ci yarısını 2 mln 805 min manat əməliyat mənfəəti ilə başa vurub və 685 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar şəkilində ayırıb.

Beləliklə bankın vergidən öncəki xalis mənfəəti 2 mln 2120 min manat təşkil edib. Bankın ödədiyi vergilərin həcmi 376 min manat olub. Vergilər ödəndikdən sonra xalis mənfəətin həcmi 1 mln 744 min manat təşkil edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et