Ziraat Bank tərəfindən sahibkarlara növbəti dəstək! | Banco.az

Ziraat Bank tərəfindən sahibkarlara növbəti dəstək!

Ziraat Bank tərəfindən xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edilir. COVID-19 pandemiyası ilə əlaqədar olaraq, sahibkarlara dəstək məqsədi ilə "Ziraat Bank Azərbaycan" ASC Mərkəzi Bank tərəfindən bildirilən  tələblərə uyğun gələn sahibkarlıq subyektlərinin ( Pos Terminal və Elektron Kommersiya partnyorları)   ödəniş kartları ilə ödənişlərinin qəbulu zamanı xərclərinin  30 Sentyabr 2020-ci il tarixinə qədər 50 %-dək güzəşt edilməsini qərara almışdır.

Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırılması planlaşdırılır. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et