Ziraat Bank Azərbaycan 2017-ci ilin 1-ci rübünü 1 milyon 337.86 min manat xalis mənfəət ilə başa vurub.
Yanvar-mart aylarında Bankın cəmi gəlirləri 3 milyon 354 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 1 milyon 428 min manat əməliyyat mənfəəti qalıb. 90.08 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıldığından Bankın xalis mənfəti 1 milyon 337.86 min manat təşkil edib.
2016-cı ilin 1-ci rübündə Ziraat Bank Azərbaycanın cəmi gəlirləri 3 milyon 62 min manat, xalis mənfəəti 1 milyon 995 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin anoloji dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 33% azalıb.
Mənbə: Fins.az