Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırıldı | Banco.az

Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırıldı

Yanvar ayının 22 və 23-də Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvləri üçün tədbir keçirilmişdir. Tədbirdə fərqli banklara müxtəlif nailiyyətlərinə görə nominasiyalar təqdim edilmişdir.

Bu il Ziraat Bank Azərbaycan Visa beynəlxalq ödəniş sistemi tərəfindən türk lirəsi valyutasında çıxardığı kart üçün mükafata layiq görülmüşdür.  Türk lirəsi valyutasında Bankkart hazırda VISA Classic növündə 1, 2 və 3 illik olmaqla müştərilərə təqdim edilir. Müştərilər kartın sifarişini filiala gəlməklə və ya onlayn qaydada, https://bit.ly/3lYqO4o linki vasitəsi ilə icra edə bilərlər. Kart sifarişi adi qaydada 3 iş günü, təcili sifarişlə isə 1 iş günü ərzində hazır olaraq istifadəyə təqdim edilir. Bankdan verilən məlumata əsasən, türk lirəsi valyutasında “Bankkart”ın bir çox üstünlükləri mövcuddur. Beləki, türk lirəsi valyutasında alış-verişlərdə ikiqat konvertasiya faizi tutulmur, konvertasiya komissiyası mövcud deyil, Ziraat Bank Türkiyə ATM-lərindən nağdlaşdırma komissiyası isə 0.5% (min. 10 TL) təşkil edir.  Qeyd edək ki, digər valyutada olan yerli bank kartları üzrə xaricdə nağdlaşdırma komissiyası minimum 1.5% təşkil edir.

Qeyd edək ki, Ziraat Bank Azərbaycanda kartlar 4 valyuta növündə təqdim edilir. Bunlar manat, türk lirəsi, dollar və avro valyuta növləridir.

 “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və  Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən Bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur.  Yaxın günlərdə Bakı şəhərində bankın say etibarı ilə 7-ci olan “Səməd Vurğun”  filialının açılışı planlaşdırılır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et