Zibilliyə atılmış çarpayılar reklam lövhələrinə çevrilib | Banco.az

Zibilliyə atılmış çarpayılar reklam lövhələrinə çevrilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliyanın “10:PM” adlı mebel şirkəti zibilliyə atılmış yataq döşəklərindən istifadə edərək maraqlı kampaniya başladıb.

Banco.az xəbər verir ki, Avstraliyalı şirkətin iddiasına görə, hər il 1,8 milyon bakteriya daşıyan, dəri hüceyrəsi ilə yoluxmuş döşək Avstraliya küçələrinə atılır.

Kampaniyada istifadə olunan döşəklərin üzərində çap olunan hekayələr onların necə bu hala gəldiyindən bəhs edir. 

Şirkət həmçinin öz döşəklərindəki mikrob zərərsizləşdirmə xüsusiyyəti sayəsində məhsullarının saralmış və çirklənmiş döşəklərə çevrilməyəcəyini, atılan digər döşəklər kimi olmayacağını vurğulayır.

Kampaniya üçün “Howaston+Company” kreativ agentliyi ilə işləyən şirkətin təsisçisi Harrison Reid deyir ki, onların ənənəvi şəkildə hədəf auditoriyasına çatmaq üçün büdcəsi yoxdur və yol kənarına atılan və boş qalan döşəklərdən istifadə etmək yaxşı fikirdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram