Zibillikdə 7.5 milyon dollarını axtarır | Banco.az

Zibillikdə 7.5 milyon dollarını axtarır

Howells 7.5 milyon dollara çatan virtual pulunu tapmaq üçün zibillikdə axtarış aparır.

İnternetdə edilən maliyyə əməliyyatları üçün istifadə olunan virtual pul vahidi Bitcoin İngiltərədə yaşayan Ceyms Howellsi zəngin olma xəyallarıyla zibilliklərdə axtarış etməyə məcbur elədi. İllər əvvəl Bitcoin tərkibli hard drive-nı zibilə atan Howells, 7.5 milyon dollara çatan virtual pulunu tapmaq üçün zibillikdən bir möcüzə çıxmasını gözləyir.

James Howells, 2009-ci ildə əldə etdiyi 7500 bitcoin-i əldə etmək üçün zibilliklərdə xəzinə ovuna çıxdı. Online əməliyyatlarda əldə etdiyi bitcoin-lər illər əvvəl demək olar ki, dəyərsiz olan Howells, indi hər biri 1000 dollar olan virtual pulunu əldə etmək üçün ağla gələcək ən çətin metodu sınamağı gözə aldı. Üç il istifadə etmədiyi hard Drive-ı sonunda zibilə atan Howells, özü kimi illər əvvəl aldığı bitcoin-in dəyər qazanması sayəsində 886 min dollarlıq sərvətə atılan Norveçli Kristoffer Kochun xəbərini gördükdə hərəkətə keçdi.

Ən sərfəli kredit üçün müraciət et

Newport şəhərində yaşayan Howells, bu gün dəyəri 7.5 milyon dolları bulan virtual pullarını ehtiva edən hard Drive-ı tapmaq üçün şəhərin zibilliyinə getdi. Howells, "zibilliyi gördüyüm zaman heç bir şansımın olmadığını anladım" ifadəsini istifadə etdi.

Səlahiyyətlilər, bir futbol sahəsi qədər olan zibillikdə axtarış aparır. Dərinliyin 1.5 metrə çatdığını bildirərkən, məhkəmə istintaqlar edən səlahiyyətlilərin dəlil tapmaq üçün qoruyucu geyim və itlərlə axtarış etdiyini bildirdi. Howells, zibilliyi altını üstünə gətirmək kimi bir düşüncəsi olmadığını söylədi.

ecolife

Ən sərfəli krediti almaq üçün müraciət et