Zeytun yağı istehsalı azalır, amma qiyməti qalxır | Banco.az

Zeytun yağı istehsalı azalır, amma qiyməti qalxır

Müəllif - Fərid İslamov/Banco.az

Banco.az xəbər verir ki, quraqlıq və anomal istilər İspaniyada zeytun bağlarına ziyan vurub. İl ərzində yerli istehsal olan “maye qızıl” 50%-dən çox bahalaşıb. Fermerlər itkiyə məruz qalır.

İspaniyanın paytaxt bölgəsi. Zeytun bağları yerli landşaftın ayrılmaz hissəsidir. Burada yetişdirilən zeytun meyvələrindən alınan yağ bütün dünyada yüksək qiymətləndirilir.

Lakin son aylarda Aralıq dənizi pəhrizinin əsas tərkib hissəsinin qiyməti rekord həddə çatıb.

Xayme Velaskes, Euronews müxbiri:
_ "İspaniya dünyanın aparıcı zeytun yağı istehsalçısı hesab olunur. Lakin burada onun qiymətləri Aİ-nin digər ölkələrindən daha çox artıb."_

Anormal istilər və uzun sürən quraqlıq İspaniyada zeytun yağı istehsalının həcminin iki dəfə azalmasına səbəb olub. Origin markalı məhsullar ötən illə müqayisədə 112% bahalaşıb. Yerli fermerlər zərər çəkir.

Jesus Anchuelo, Birləşmiş Fermerlərin (UPA) üzvü:
"Bu il istehsal xərclərimiz rekord həddə çatıb. Həftədən həftəyə bahalaşan yanacağa o qədər pul ödəyirik ki, xərcləri güclə qarşılayırıq".

Ən sərfəli kredit üçün müraciət et

Harvard: Zeytun yağı demansdan ölüm riskini azalda bilər
Bədəniniz və ətraf mühit üçün hansı pəhriz yaxşıdır?
İspaniya mağazalarında bir litr yağın dəyəri il ərzində 52,5% artıb. Bu, Avropanın orta göstəricisi olan 38,3% və İtaliya, Yunanıstan və Portuqaliya kimi istehsalçı ölkələrin göstəricilərindən xeyli yüksəkdir...

Xayme Velaskes:
"Qiymətlərin artması digər məhsullara, məsələn, konservlərə təsir edir. Sardina qutusunun ən bahalı tərkib hissəsi zeytun yağıdır".

İspaniya məhsullarının 70%-ni xaricə ixrac edir. Təchizat çatışmazlığı şəraitində onun qlobal bazarda artan rəqiblərlə rəqabət aparması getdikcə çətinləşir.

Jaime Lillo, Beynəlxalq Zeytun Şurasının direktor müavini:
"İspaniyada biz burada zeytun yağının dünyanın digər ölkələrindən daha ucuz olmasına öyrəşmişik. Amma indi bu qiymətlər İtaliya qiymətlərinə, eləcə də ABŞ, Fransa və Yunanıstandakı qiymətlərə bərabərdir."

Xayme Velaskes:
"İstehsalın ötən il olduğu kimi olacağı gözlənilir. Zeytun yağının qiymətinin azalması ancaq istehsalın artması ilə baş verəcək... İqlim dəyişikliyi nəhayət Aralıq dənizi ölkələrinə fasilə versə."

Ən sərfəli krediti almaq üçün müraciət et