Müəllif - Aida İsaq, Banco.az
Türkiyədə baş verən zəlzələ fonunda əməliyyatlarda yaranan fasilələrin nüfuzlu türk şirkətlərinin kredit profillərinə təsir göstərmək ehtimalı azdır.
Banco.az xəbər verir ki, bunu beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" bildirib. Şirkət kredit profillərinə dair məlumatların ilk növbədə emitentlərdən əldə olunduğunu qeyd edərək, bu şirkətlərin fabriklərinin, əməliyyat aktivlərinin qiymətləndirmənin əsasını təşkil etmədiyini vurğulayıb. Bununla yanaşı, şirkət zəlzələ nəticəsində logistika və infrastruktura dəyən zərərlərin makroiqtisadi vəziyyətə təsirini hesablamağın hazırda tez olduğunu qeyd edib.
Şirkət həmçinin sürətli bərpa səylərinə baxmayaraq, istehlakçı tələbi və tədarük zəncirlərinin qısa müddətdə zəlzələdən təsirlənəcəyini proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!