Zəlzələdən sonra Türkiyəyə maddi yardım göstərən şirkətlərimiz - Siyahı | Banco.az

Zəlzələdən sonra Türkiyəyə maddi yardım göstərən şirkətlərimiz - Siyahı

Müəllif: İslamov Fərid/Banco.az

Bir neçə gün bundan öncə qardaş ölkə Türkiyənin bir neçə şəhərində baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insan həlak olmuş, yaralanmış və evsiz qalmışdır. Zəlzələ zamanı zərər çəkmiş şəxslərə dəstək məqsədilə ölkəmizin bir çox şirkətləri, dövlət və özəl qurumları və eyni zamanda sıravi insanları əllərindən gələni əsirgəməyərək öz dəstəyini göstərirlər. Bir çox şirkətlər müxtəlif vasitələrlə öz dəstəyini qardaş ölkə xalqına göstərir. Bu gün isə biz şirkətlərimizin zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə nəqədər maddi dəstək göstərdiklərini araşdırmışıq. Qeyd edək ki, sizlər də bankların köməkliyi vasitəsilə Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə öz ödənişlərinizi köçürə bilərsiniz. 

Kahramanmaraşda və ətraf şəhərlərdə baş verən zəlzələdə həyatını itirmişlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmaq, qardaş Türk xalqına baş sağlıqlarımızı çatdırırıq. 

Ən sərfəli kredit üçün müraciət et

Banco.az-ın hazırladığı şağıdakı cədvəldə bugünə olan maddi dəstək göstərən şirkətlərlə tanış ola bilərsiniz. Qeyd edək ki, siyahı hər gün yenilənir və siyahıya ancaq maddi(pul) dəstək göstərən şirkətləri daxil etmişik. Bir çox şirkətlər köçürmələri Türkiyənin Afet ve Acil Durum Yönetimi Başkanlığı-na ( AFAD), digər humanitar təşkilatlara və aiddiyatı qurumlara köçürürlər. 

Qeyd: Siyahıda olmayan amma zəlzələdən sonra Türkiyəyə maddi yardım göstərən şirkətlər köçürmənin təsdiqlənmiş ödəniş tapşırığını [email protected] emailina göndərməklə siyahıya alınacaqlar. 

10 fevral tarixinə Azərbaycan Mərkəzi bankının məzənnələri aşağıdakı kimidir. 

1 USD (ABŞ dolları) - 1,7000 manat

1 TL ( Türkiyə lirəsi)  - 0.0903 manat

Ən sərfəli krediti almaq üçün müraciət et