"Zaminbank"ın "Başak İnam"dakı payı bu ayın sonuna qədər satılacaq | Banco.az

"Zaminbank"ın "Başak İnam"dakı payı bu ayın sonuna qədər satılacaq

 Ləğvetmə prosesində olan "Zaminbank" ASC-nin "Başak İman" Sığorta Şirkəti ASC-dəki payı Şirkətin digər səhmdarlarına təklif olunub. Bunu Banco.az "Report"a istinadən "Başak İnam"dan deyiblər.

"Hazırda səhmdarların bununla bağlı rəyi öyrənilir. Çox güman ki, bu ayın sonuna qədər "Zaminbank"ın payı digər səhmdarlar arasında bölüşdürüləcək" - deyə Şirkətdən bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 35 000 səhm əsasında formalaşıb. Səhmlərin 24,24%-i "Zaminbank"a, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" bank olmayan kredit təşkilatı QSC-yə, 49,27%-i isə Şirkətin Müşahidə Şurasının sədri Akif Kərimov də daxil olmaqla 17 fiziki şəxsə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et