​“Zaminbank” məhkəməyə verilib | Banco.az

​“Zaminbank” məhkəməyə verilib

“Tovuz Baltiya” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Zaminbank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

Banco.az "Report"a istinadən xəbər verir ki, MMC vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.

Ən sərfəli kredit üçün müraciət et

İddiaya 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılır.

Qeyd edək ki, “Zaminbank” 1992-ci ildən fəaliyyət göstərir.

“Tovuz Baltiya” şirkəti isə çaxır məmulatları istehsal edir.