Zakir Nuriyevə yeni vəzifə verildi | Banco.az

Zakir Nuriyevə yeni vəzifə verildi

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Rəyasət Heyətinin 3 üzvü qurumun vitse-prezidenti seçilib.

Bununla bağlı qərar Konfederasiyanın bu gün keçirilən V Qurultayında qəbul edilib.

Bunlar “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Prezidenti Zakir Nuriyev, “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva və Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasovdur.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, ASK-nın vitse-prezidentlərinin sayı 5-ə çatıb. Digər 2 vitse-prezident əvvəlki kimi “Müller İnteryer” və “CTS-Aqro” MMC-lərin baş direktorları Vüqar Zeynalov və Zakir Əzimovdur.

ASK-nın prezidenti isə yaxın 4 il ərzində yenə də Məmməd Musayev olacaq. Bununla bağlı qərar da bu gün keçirilən qurultayda səsvermə yolu ilə qəbul edilib. 

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et