Z nəsli öz karyeralarını planlaşdırarkən astrologiyaya müraciət edir | Banco.az

Z nəsli öz karyeralarını planlaşdırarkən astrologiyaya müraciət edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Z nəsli öz karyeralarını planlaşdırarkən astrologiyadan və doğum xəritəsindən istifadə edir.

Banco.az xəbər verir ki, texnologiya əsrində doğulan yeni nəsil innovasiyalar və texnoloji yeniliklər haqqında məlumatlı olsa da, karyeralarını olduqca ənənəvi şəkildə planlaşdırırlar: Ulduzlarla...

Z nəslinin və millennialların orta hesabla 80 faizi astrologiyaya inanır. Akademik və məqalə platforması "EduBirdie"nin 2000 gənc amerikalı arasında keçirdiyi sorğunun nəticələrinə əsaslanan yeni hesabatına görə, bu səksən faizin əhəmiyyətli bir hissəsi karyera qərarları vermək üçün ulduzların hərəkətindən istifadə edir.

Bürcləri həyatlarının mərkəzinə çox yaxın qoyan Z nəslinin 63 faizi astrologiyanın karyeralarına müsbət təsir etdiyini söyləyir. 72 faiz mühüm həyat qərarları qəbul etmək üçün ondan istifadə etdiyini, 18 faiz isə karyera hərəkətləri etmək üçün proqramdan istifadə etdiyini deyir.

Gənclərin astrologiyadan peşəkar həyatlarında necə istifadə etmələri əsasən dörd qrupa bölünür.

Hesabata görə, gənc astrologiya həvəskarlarının təxminən 39 faizi astrologiyanın onlara güclü və zəif tərəflərini anlamağa kömək etdiyini söyləyir. 36 faiz bunun onlara yeni karyera yolu seçməkdə kömək etdiyini, 15 faiz xəyal etdikləri işi əldə etmələrinə kömək etdiyini və 13 faiz bunun onları pis bir işi tərk etməyə sövq etdiyini dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Gənclər arasında astrologiyaya olan həvəs onların iş tərzini də dəyişə bilir. Məsələn, Merkuri hazırda retrograddır. Astrologiyada bu, insanların impulsiv, yorğun və stresli olma ehtimalının daha çox olduğu dövr kimi tanınır.

Hesabata görə, Z nəsli və astrologiyaya inanan və ya onunla məşğul olan millenialların təxminən 62 faizi iş təcrübələrini Merkuri retrogradlarına əsasən uyğunlaşdırır. Bu müddət ərzində 37 faiz rahat iş mühiti yaratmaq üçün əllərindən gələni edir, 24 faiz çevik cədvəllər təyin edir, 22 faiz mühüm qərarlardan qaçır, 15 faiz mühüm sənədlərin ehtiyat nüsxəsini çıxarır, 12 faiz isə istirahət edir.

Yeniliklərə aludə olan Z nəslinin bu ənənəvi yanaşması işəgötürənlər tərəfindən tənqid edilsə də, başa düşülməsə də, görünür Z nəsli astrologiyadan uzaqlaşmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram