Yuri Yakovlev: Bank VTB (Azərbaycan) etibarın və sabitliyin qarantıdır | Banco.az

Yuri Yakovlev: Bank VTB (Azərbaycan) etibarın və sabitliyin qarantıdır

Bank VTB (Azərbaycan) dünyanın 23 ölkəsində nümayəndəliyi olan VTB qrupunun tərkibinə daxildir. Azərbaycan müştərilərinin VTB qrupunun həmin ölkələrdəki imkanlarından istifadə etməklə, öz biznesini inkişaf etdirmək üçün unikal imkanları var.

Bu barədə AZERTAC-a eksklüziv müsahibəsində Bank VTB (Azərbaycan)ın sədri Yuri Yakovlev məlumat verib.

Y.Yakovlev deyib: “Biz həm Rusiya bazarında, həm də qonşu ölkələrdə Azərbaycan biznesmenlərinə kömək edə bilərik. VTB qrupunun bankları Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Çin, Vyetnam, Hindistan və Anqolada fəaliyyət göstərir. Çindəki bank Rusiyanın və MDB ölkələrinin bankları üçün yuanla hesablaşmalar aparılması üzrə liderdir. Qrupun investisiya bölməsi olan VTB Kapital Nyu-York, London, Sinqapur, Honkonq, Dubay kimi maliyyə mərkəzlərində işləyir. Banklarımız Azərbaycanın layihələrində, məsələn, aksiyaların yerləşdirilməsində, investisiyaların cəlb olunmasında, bu və ya digər layihələr üçün əlavə investorlar axtarışında iştirak edə biləcəklər:”.

Ən sərfəli kredit üçün müraciət et

Bankir qeyd edib ki, beynəlxalq sanksiyaların tətbiq olunmasına və xarici bazarlardan kapital cəlb edilməsi sahəsində müəyyən məhdudiyyətlərə baxmayaraq, bankda böhran yaranmayıb.

Y.Yakovlev sonda deyib: “Biz son ildə heç bir bazardan çıxmamışıq. Əksinə, iştirakımızı genişləndiririk. Məsələn, ötən ilin yekunlarına görə, biz Azərbaycanda sürətlə inkişaf edən bank olmuşuq. Bakıda 8 filial açmışıq və regionlara çıxmışıq, Sumqayıtda filialımız var. Bu ilin əvvəlində isə Gəncədə yeni regional filial açmışıq. Biz ilk növbədə sənayesi, sürətlə inkişaf edən infrastrukturu və Rusiya ilə ticari-iqtisadi əlaqələri olan regionlara diqqət yetiririk. Yerli şirkətlərə kömək etmək üçün bu regionlarda öz iştirakımızı genişləndiririk. Biz tərəfdaşlarımıza və müştərilərə Azərbaycan manatı, dollar, avro və rublla vəsait verə bilərik. Azərbaycan biznesi publla xidmətlərə maraq göstərir. Getdikcə daha çox müştərimiz kredit götürəndə və ödəmələr həyata keçirəndə məhz rubla üstünlük verir”.