Yunanıstanda əhali bank hesablarının dondurulacağından qorxur.
Sabah - iyulun 7-də Yunanıstandakı referendumun nəticələri ilə bağlı fövqəladə sammit keçiriləcək. Bu haqda Avropa Şurasının sədri Donald Tusk öz twitter səhifəsində yazıb.
"Mən Yunanıstanda referendumdan sonra yaranan vəziyyəti müzakirə etmək üçün Avrosammiti axşam saat 18:00 üçün təyin etmişəm", - deyə sədr öz səhifəsində yazıb. Toplantıda 19 Avropa ölkəsinin maliyyə nazirləri iştirak edəcək. Amma əgər qərar qəbul etmək üçün bu kifayət etməzsə, Avropa Şurasının çağrılması gözlənilir.
Avropa Şurasının sədri Donald Tusk
Donald Tusk twitter səhifəsində avrosammit çağırdığını yazıb.
Daha əvvəl isə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland da sammitin keçirilməsini təklif etmişdilər. Onlar öz aralarında telefon danışığı zamanı Yunanıstan səsverməsinin nəticələrini artıq tanıyıblar. Liderlər Fransada bu məsəələ ilə bağlı ayrıca olaraq görüşməyi də planlaşdırıblar.
Qeyd edək ki, referendum zamanı vətəndaşların əksəriyyəti - 61,31 faizi beynəlxalq kreditorların təklifinə "yox" deyib. "Hə" deyənlər isə 38,69 faiz təşkil edib. Bu isə Yunanıstanın tamamilə defolta düşməsi və avrozonadan çıxması ehtimalını artırıb.
anspress.com