Yunanıstan SOCAR-dan yenə də xahiş etdi | Banco.az

Yunanıstan SOCAR-dan yenə də xahiş etdi

Yunanıstanın Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı tender üzrə zəmanət məktubunun müddətinin dekabrın 23-ə qədər uzadılmasını xahiş edib.

Yunanıstan KİV-ə istinadən verilən məlumata görə, SOCAR-ın zəmanət məktubunun müddəti noyabrın 30-u başa çatır və öz növbəsində, Azərbaycan şirkəti müddətin uzadılmasından əvvəl Yunanıstan tərəfindən yazılı zəmanət almağa çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, SOCAR Yunanıstan tərəfinin xahişinə əsasən DESFA-nın səhmlərinin əldə olunması ilə bağlı zəmanət məktubunun müddətini sentyabr və oktyabr aylarında da uzatmışdı. Məlumata əsasən, danışıqlarda əsas maneə əldə olunan səhmlərin ümumi dəyəri məsələsidir.

Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.

Mənbə: Trend.az