Yunanıstan kreditorların yeni təkliflərini rədd etdi.
Yunanıstanın İqtisadiyyat naziri Yorgo Stathakis, kreditorların nağd pul qarşılığında islahat sazişi üçün verdikləri son təklifləri qəbul etməyəcəklərini vurğulayıb.
Stathakis BBC Radioya verdiyi müsahibədə yenə də mümkün qədər tez razılaşmaq istədiklərini deyib.
Nazir : "BVF-yə olan borcumuzu bu gün ödəməyə pulumuz vardı, amma ödəməməyi seçdik", deyə bildirib.