Yumşalmalar Bakıda ticarət obyektlərinin qiymətini bahalaşdırıb | Banco.az

Yumşalmalar Bakıda ticarət obyektlərinin qiymətini bahalaşdırıb

Karantin rejiminin yumşaldılması Bakıda kommersiya obyektlərinin satış qiymətinin bahalaşmasına səbəb olub.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, sentyabr ayında Bakıda kommersiya obyektlərinin qiyməti 3,70 faiz bahalaşıb.

Kommersiya obyektlərinin bir kvadratmetrinin orta qiyməti 3420 manat təşkil edib. Sentyabr ayında 452 kommersiya obyekti satışa çıxarılıb.

Lakin sentyabr ayında kommersiya obyektlərinin icarə qiyməti ucuzlaşıb. Belə ki, ötən ay bu obyektlərin icarə qiyməti 4,85 faiz ucuzlaşıb.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et