Yüksək neft qiymətləri Azərbaycanın fiskal və xarici balansına əlavə gəlir gətirəcək | Banco.az

Yüksək neft qiymətləri Azərbaycanın fiskal və xarici balansına əlavə gəlir gətirəcək

2022-ci ildə Azərbaycan dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 50 ABŞ dolları səviyyəsində götürüldüyündən, artan neft qiymətləri ölkənin fiskal və xarici balanslarını gözlənilməz gəlirlə təmin edəcək.

Bu barədə Dünya Bankının hesabatında bildirilir. Məlumata görə, Ukraynadakı müharibə nəticəsində bazarda yaranan böhran səbəbindən "Brent" markalı neftin fyuçersləri 130 dollara çatıb. Bu fonda yüksəlmiş enerji qiymətləri Azərbaycanın fiskal və xarici balanslarını dəstəkləyir.

Dünya Bankı hesabatda qeyd edib ki, Azərbaycan "OPEC+" ilə razılaşdırılmış hasilat kvotalarına tam əməl edir və neft hasilatının potensial artımı "OPEC+" qərarlarından və son 10 ildə azalan mövcud istehsal gücündən asılı olacaq.

"Azeri Light" (CIF) markalı neftinin son bir ayda orta qiyməti 109,97 dollara bərabər olub. Sözügedən dövrdə Azərbaycan neftinin qiyməti martın 9-da maksimuma çataraq 135,99 dollar təşkil edib.

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barel olub və qeyd olunan həcmlərin 593 min barelini xam neft, 148 min barelini isə kondensat təşkil edib. Bununla da, Azərbaycan "OPEC+" razılaşması çərçivəsində öhdəliklərini, demək olar, tam yerinə yetirib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et