Yük və minik avtomobillər üçün ödənişli yoldan istifadəyə görə məbləğ fərqli olacaq | Banco.az

Yük və minik avtomobillər üçün ödənişli yoldan istifadəyə görə məbləğ fərqli olacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni magistralın tikintisi yekunlaşan hissələri üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillər üçün fərqli məbləğdə olması nəzərdə tutulub: “Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır. Bununla yanaşı, yoldan istifadəyə görə ödənişin məbləği bu ayın sonunadək müəyyənləşəcək”.

Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik, həmçinin Şabran rayonunun Qəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissələrində tikinti işləri bitmək üzrədir.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et