Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə yuanın dünya ticarətindəki payı iki dəfədən 4,5 faizə yüksəlib.
Banco.az xəbər verir ki, Çin valyutası bazarın altı faizini təşkil edən avroya rəqib olmağa yaxınlaşıb. Yuanın mövqeyinin güclənməsinə onun Çin və Rusiyada ticarətdə geniş tətbiqi təsir edib. Buna həm də ABŞ Federal Ehtiyat Sisteminin (FRS) faiz dərəcəsini artırması nəticəsində dollarla maliyyələşmənin dəyərinin artması səbəb olub.
Ekspertlər Çin valyutasının güclənməsini yuanın beynəlxalq valyutaya çevrilməsini sürətləndirməyə çalışan Pekin üçün uğurlu nəticə hesab edib.
Bizi sosial şəbəkələrdən izləyin!!