Çin Mərkəzi Bankı bu gün üçün yuanın 1 ABŞ dollarına nəzərən məzənnəsini 6,6369 yuan səviyyəsində müəyyənləşdirib.
"APA-Economics" xəbər verir ki, bununla da Çinin milli valyutası 84 bənd geriləyib. Ümumiyyətlə, yuanın məzənnəsi artıq 5 gün ardıcıl olaraq enir.
Çinin baş maliyyə tənzimləyicisinin yaydığı məlumatda qeyd olunub ki, məzənnədəki dəyişiklik milli iqtisadiyyatın bərpa templərinə təsir etməyəcək. Yerli mətbuat yazır ki, Çin yuanı ucuzlaşdırmaqla "üçüncü ölkələr"də aktivliyini artırmaq niyyətindədir. Amma çinli iqtisadçılar bu mövqe ilə razılaşmır. Onların fikrincə, yuanın ucuzlaşdırılması çinli biznesmenlərin dollara olan tələbatının artması ilə əlaqədardır.
ABŞ və Avropa ekspertləri yuanın dollara nisbətən daha da ucuzlaşaraq 6,7-6,8 səviyyəsinə düşəcəyini proqnozlaşdırır.