Yoxsul ölkələri ciddi böhran təhlükəsi gözləyir | Banco.az

Yoxsul ölkələri ciddi böhran təhlükəsi gözləyir

Müəllif - Aida İsaq, Banco.az

Yoxsul ölkələrin təxminən 60%-i borclarını qaytara bilməməklə bağlı böhran təhlükəsinin astanasındadır. Buna səbəb olaraq isə faiz dərəcələrinin yüksəlməsi və qlobal iqtisadi artımın yavaşlaması göstərilir.

Banco.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb. Beləliklə, inkişaf etməkdə olan ölkələrin borc öhdəliklərinin ümumi həcminin iki dəfə artaraq 9 trilyon dollardan çox olduğu məlum olub. Müvafiq göstərici 2011-ci ildən 2021-ci ilə qədər olan 10 illik müddəti əhatələyir. Bununla yanaşı Beynəlxalq İnkişaf Assosiasiyası ölkələrinin (BMT-nin üzvü olan 172 ölkə və Kosovo Respublikası) xarici borcu üç dəfə artaraq 1 trilyon dolları ötüb.

Qeyd olunur ki, Beynəlxalq İnkişaf Assosiasiyasının proqramı çərçivəsində borc götürmək hüququ olan ən yoxsul ölkələr ixrac gəlirlərinin onda birini xarici dövlət borcları üçün xərcləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et