YouTube videolarına yaş filtri gələcək | Banco.az

YouTube videolarına yaş filtri gələcək

Tamara Mustafayeva, Banco.az

Video striminq platforması YouTube süni intellekt texnologiyasından istifadə etməklə videolara yaş məhdudiyyəti tətbiq etməyə hazırlaşır.

Məlum olduğu kimi, şirkət istifadəçilərinə daha yaxşı xidmət göstərmək üçün müntəzəm olaraq yeni funksiyalar təqdim edir. Hətta yaxın günlərdə bəzi ərazilərdə TikTok platformasına bənzəyən "Shorts" funksiyasını aktivləşdirib. 

İndi isə video striminq platforması uyğunsuz videolara qarşı daha yaxşı müdafiə təmin etmək məqsədilə süni intellekt texnologiyasından istifadə edəcək.

YouTube videolar

Məlum olduğu kimi, şirkətin qaydalarına görə, yayımlanan vieolar yaş qruplarına görə təsnifatlandırılır. Xüsusən də, yaşı 18-dən az olan istifadəçilərin təhlükəsizliyi üçün bəzi videolar filtirlənir. Buna baxmayaraq istifadəçilər məhdudiyyət gətirilən videoları asanlıqla izləyə bilirlər. Odur ki, indi bunun qarşısını almaq üçün süni intellekt texnologiyasından istifadə ediləcək və videolara avtomatik yaş filtri tətbiq ediləcək.

Təbii ki, bu alqoritmin aktivləşdirilməsi üçün istifadəçilər Google profilləri ilə daxil olmalıdır. Bu yolla daxil olmayan istifadəçilər yaş filtri tətbiq edilən hər hansı bir video izləmək istədiyi zaman onlardan profil açmaq tələb ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

YouTube alqoritmlərində edilən dəyişikliklərin yaxın aylarda aktivləşdiriləcəyi gözlənilir. 

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 6 YouTube kanalı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et