YouTube video keyfiyyəti üzrə seçimləri dəyişdirəcək | Banco.az

YouTube video keyfiyyəti üzrə seçimləri dəyişdirəcək

Tamara Mustafayeva, Banco.az

YouTube platforması istifadəçilərin video izləmə keyfiyyətini tənzimləməsi üçün təqdim edilən seçimləri dəyişdirməyə hazırlaşır.

Məlum olduğu kimi, YouTube istifadəçilərə videoları müxtəlif keyfiyyət səviyyəsində izləmə imkanı yaradır. İnsanlar da istifadə etdikləri internetin sürəti və ya növündən asılı olaraq video keyfiyyətini tənzimləyə bilirlər. Bununla yanaşı, avtomatik seçimə müraciət edilməklə keyfiyyəti platformanın tənzimləməsi gözlənilir. Şirkət də bu seçimlə bağlı yenilik hazırlığındadır.

YouTube platformasında hazırda 144p ilə 8k aralığında bir çox keyfiyyət seçimi mövcuddur. İndi isə şirkət bu seçimləri sadələşdirmək istəyir. Belə ki, sadələşdirmə sayəsində izləmə keyfiyyətini tənzimləmək üçün istifadəçilərə dörd seçim təqdim ediləcək.

Bu seçimlərdən birincisi "avtomatik" adlanacaq. Adından da göründüyü kimi, internetin sürətinə müvafiq olaraq YouTube video keyfiyyətini özü tənzimləyəcək. Digər seçimlər isə "Daha yüksək keyfiyyət", "Məlumata qənaət" olacaq. İnternet paketindən qənaətlə istifadə etmək istəyənlər üçüncü seçimə müraciət edə bilər. Təbii ki, bu zaman video keyfiyyəti azaldılacaq. Sonuncu seçim isə "Təkmilləşmiş" olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin hazırda bu funksiyanı sınaqdan keçirdiyi deyilir, nə zaman istifadəçilərin bəyənisinə təqdim edəcəyi isə məlum deyil.

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 6 YouTube kanalı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et