YouTube TikTok-a rəqib olacaq yeni funksiyasını AKTİVLƏŞDİRDİ | Banco.az

YouTube TikTok-a rəqib olacaq yeni funksiyasını AKTİVLƏŞDİRDİ

Tamara Mustafayeva, Banco.az

Əvvəlki məqalələrimizdən birində Youtube platformasının TikTok videolarına rəqib olacaq "Shorts" adlı yeni funksiya üzərində işlədiyini xəbər vermişdik. Artıq sözügedən funksiya Android əməliyyat sistemi üçün aktiv edilməyə başlanılıb.

Proqramlaşdırma nəhəngi Google ötən aylarda YouTube Shorts funksiyasını təkmilləşdirməyə başladıqlarını açıqlamışdı. Mobil versiya üçün hazırlanan yenilənmə artıq Android istifadəçilərinin bəyənisinə təqdim edilib. İstifadəçilər bu funksiya vasitəsilə qısa videolar yükləyə və canlı yayımlar həyata keçirə biləcək. YouTube platformasının bu funksiya üçün xüsusi "Shorts" düyməsi təşkil edəcəyi bildirilir. Yenilənmə ilə birlikdə üst bölmədə yerləşən kamera düyməsi alt tərəfə keçiriləcək.

YouTube, TikTok-a rəqib olur

Bildirişlər düyməsi isə üst tərəfdə yerləşir. YouTube 15.30 versiyası ilə bu yeni funksiya da Android istifadəçilərinə təqdim edilib, ancaq iOS üçün belə bir funksiya hələ ki, aktiv deyil. 

YouTube şirkətinin bu yolla TikTok platforması ilə rəqabət etmək istədiyi aydın görünür. "Shorts" funksiyası ilk dəfə Hindistandakı istifadəçilərin bəyənisinə təqdim edilib. Xatırladaq ki, yaxın günlərdə Hindistan TikTok platformasının ölkə ərazisində istifadəsini qadağan etmişdi. Odur ki, YouTube şirkətinin ilk dəfə bu ölkədə sözügedən funksiyanı təqdim etməsi olduqca məntiqlidir. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Walmart TikTok-u almaq üçün Microsoft ilə əməkdaşlığa başladı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et