Tamara Mustafayeva, Banco.az
Microsoft və Walmart TikTok üçün Oracle şirkətinə rəqib olublar.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın transmilli pərakəndə şirkəti Walmart TikTok platformasını almaq üçün Microsoft firması ilə əməkdaşlığa başlayıb.
Microsoft Corp ve Walmart Inc. Çinin ByteDance şirkətinə məxsus məşhur TikTok platformasının Amerikadakı yayım haqqlarını satın almaq üçün Oracle şirkəti ilə yarışa giriblər. Oracle və Microsoft yeni partnyorları ilə birlikdə bir neçə həftə ərzində nəticəsi dəqiqləşəcək qiymət təklifini artıq irəli sürüblər.
Şirkətə yaxın mənbələrdən həmçinin bildirilib ki, Walmart Microsoft ilə birlikdə TikTok-un başqa və yeni bir tətbiqini də satın ala bilər.
Qeyd edək ki, TikTok və Microsoft mövzu ilə bağlı rəsmi açıqlama etməyib. Oracle şirkəti də sualları cavabsız qoyub. Walmart isə sözügedən məsələdə Microsoft ilə qurulan əməkdaşlığı təsdiq edib.
Həmçinin oxu: Youtube-dan TikTok-a rəqib yeni funksiya gəlir
Bizi sosial şəbəkələrdən izləyin!!