"YouTube" platformasına yeni funksiya əlavə olunacaq | Banco.az

"YouTube" platformasına yeni funksiya əlavə olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“YouTube” istifadəçiləri yeni funksiya ilə video daxilində axtarış edə biləcəklər.

Banco.az xəbər verir ki, ana şirkəti “Google” olan “YouTube” platformasının istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün yeni funksiya üzərində işlədiyi məlum olub. Belə ki, video daxili axtarış funksiyasının sınaq mərhələsi hazırda Hindistandakı istifadəçilər üçün başladılıb.

Video əsnasında izləmək istədikləri vacib hissələri əl ilə təyin edən istifadəçilər yeni funksiya ilə artıq videonun içində axtarış edə biləcəklər. "Videoda axtar" seçimi videonun dərhal alt hissəsində peyda olur və istifadəçilər videoda qeyd olunmuş müəyyən açar sözlərlə istədikləri hissəni rahatlıqla tapa biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə hələ məlum deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et