"YouTube" platforması iri həcmli müqavilə imzalayıb | Banco.az

"YouTube" platforması iri həcmli müqavilə imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Alphabet” şirkəti NFL-in mövsüm oyunlarını yayımlamaq hüququnu qazanıb.

Banco.az xəbər verir ki, “Alphabet Inc.” 2023-cü il mövsümündən başlayaraq bazar günü NFL (Amerika futbol liqası) mövsüm oyunlarının “YouTube” platformasında yayımlanması hüququnu əldə edib.

Müqavilənin dəyəri isə yeddi ildən çox müddətə ildə 2 milyard dollardan çoxdur.

Cümə axşamı günü verilən açıqlamaya görə, sözügedən xidmətin ki ayrı paket şəklində təqdim ediləcəyi bəlli olub.

Qeyd edək ki, xidmət həm onlayn, həm də kabel alternativ xidməti olan YouTube TV ilə yanaşı, Showtime və Starz kimi ödənişli TV kanallarına birbaşa abunəlik təqdim edən YouTube Primetime-da əlçatan olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et