YouTube Music çoxdan gözlənilən funksiyanı aktivləşdirdi | Banco.az

YouTube Music çoxdan gözlənilən funksiyanı aktivləşdirdi

Tamara Mustafayeva, Banco.az

Google şirkətinə məxsus musiqi xidməti YouTube Music tətbiqinin veb versiyasına mahnı sözlərini əks etdirmə funksiyası əlavə ediləcək.

Şirkət sözügüdən tətbiqə insanların marağını artırmaq üçün müntəzəm olaraq yeni funksiyalar əlavə edir. Yaxın günlərdə mobil versiya üçün mahnı sözlərini əks etdirən müvafiq funksiyanı aktivləşdirmişdi. İndi isə bu funksiya veb versiya üçün də sınaqdan keçirilməyə başlanıb.

youtube music veb versiya

Hazırda təkmilləşdirilmə mərhələsində olan bu funksiyanın bütün mahnılar üçün tətbiq edilib edilməyəcəyi məlum deyil. Qeyd edək ki, şirkət sınaq mərhələsində olan mahnı sözü funksiyasında bəzi dəyişikliklər etməyi planlaşdırır. Sözügedən dəyişikliklər xarici mahnıların sözlərini başa düşmək istəyən istifadəçilər üçün çox faydalı olacaq. Hətta yaxın günlərdə ola bilsin ki, istifadəçilər özləri mahnılara sözlər əlavə edəcəklər.

Xatırladaq ki, YouTube Music tətbiqinə ilk dəfə abunə olan istifadəçilər üçün bir aylıq sınaq müddəti təklif edilir. Şirkətin yaxın dövlərdə Spotify və Apple Music kimi böyük musiqi platformaları ilə rəqabət edəcək səviyyəyə çatması proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Mütləq bilməli olduğunuz 100 faydalı internet saytı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et