Youtube ilk dəfə reklam gəlirlərini AÇIQLADI | Banco.az

Youtube ilk dəfə reklam gəlirlərini AÇIQLADI

Dünyanın ən böyük video paylaşma platforması "Youtube"-un sahibi olan Alphabet şirkəti platformanın əldə etdiyi reklam gəlirləri ilə bağlı ilk dəfə açıqlama edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Youtube 2019-cu ildə 15 milyard dollar reklam gəliri əldə edib. Şirkətin ötən üç ay ərzində Google-a reklamlara görə qazandırdığı gəlir isə 5 milyard dollar olub.

Google yatırımçılara daha aydın olması üçün Youtube paltformasının keçən ilki gəlirlərini də açıqlayıb. Belə ki, 2018-ci ildə qazancı 11.2 milyard dollar olan şirkət 2019-cu ildə gəlirlərini 36.5 faiz artırıb.

Şirkətin Google vasitəsilə əldə etdiyi reklam gəlirləri isə 17% artaraq 27.2 milyard dollara çatıb.

Bazar dəyəri bir trilyon dollara çatan və Google şirkətinin də sahibi olan Alphabet də illik gəlirlərinin 17% artaraq 46 milyard dollar olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Ödənişli abunələrin sayı 2 milyona çatıb

Alphabet şirkətinin CEO-su Sundar Pichai Youtube platformasına ödənişli formada abunə olanların sayının təqribən 2 milyon olduğunu söyləyib.

2019-cu ildə şirkətin reklamlardan əldə etdiyi gəlirin 15 milyard dollardan çox hissəsini məzmun yaradıcıları ilə bölüşdüyü də bildirilib.

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 6 YouTube kanalı

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et