YouTube COVID-19 səbəbilə azaltdığı video keyfiyyətini bərpa edir | Banco.az

YouTube COVID-19 səbəbilə azaltdığı video keyfiyyətini bərpa edir

Tamara Mustafayeva, Banco.az

YouTube ötən aylarda koronavirus pandemiyası səbəbilə videoların izlənilmə keyfiyyətini azaltmışdı. İndi isə şirkət HD video keyfiyyətini bərpa edir.

Dünyanın aparıcı video-striminq platforması olan YouTube hər ötən gün milyonlarla istifadəçiyə xidmət göstərir. Odur ki, ötən aylarda bütün dünyada öz təsirini göstərən koronavirus pandemiyası şirkətin fəaliyyətinə də təsirsiz ötüşmədi. 

Belə ki, şirkət xidmətdə davamlılığı təmin etmək məqsədilə dünya miqyasında bir çox ərazidə video keyfiyyətini azaltmağa məcbur olmuşdu. Xüsusilə, Avropa və Asiya regionunda həddindən artıq çox istifadəçinin platformadan istifadəsini nəzərə alaraq sözügedən regionlar üçün video keyfiyyəti 480p müəyyənləşdirilmişdi. Xatırladaq ki, bu qərar mobil versiya üçün keçərli idi. 

Yaxın günlərdə şirkət bu qərarın tətbiq edilməsini dayandırmağa başlayıb. Yəni, bir çox ölkədə video keyfiyyət parametrlərini əvvəlki halına gətirib. Hindistanda da bu addımın atılması ilə artıq videolar 1080p izlənilmə imkanı əldə edib. 

YouTube’da Videolar Eski Haline Dönüyor

Ən sərfəli kredit üçün müraciət et

Ancaq şirkət bu funksiyanı təkcə bir şərtlə əvvəlki vəziyyətinə qaytarır. Belə ki, istifadəçilər sadəcə Wi-Fi bağlantısı ilə videoları 1080p keyfiyyətində izləyə biləcəklər. 

Həmçinin oxu: Youtube-dan TikTok-a rəqib yeni funksiya gəlir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et