Yer kürəsini plastiklə ən çox çirkləndirən şirkətlər açıqlanıb | Banco.az

Yer kürəsini plastiklə ən çox çirkləndirən şirkətlər açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Coca Cola” və “PepsiCo” dünyada ən çox plastik çirklənməsinə səbəb olan markalardır.

Banco.az xəbər verir ki, Kanadanın Dalhousie Universitetinin tədqiqatçıları dünyada ən çox plastik çirklənməsinə səbəb olan markaları araşdırarkən belə qənaətə gəliblər ki, dünyada ən çox plastik çirklənməsinə səbəb olan markalar “Coca Cola” və “PepsiCo”dur.

“Science Advances” jurnalında dərc olunan araşdırma 2018-2022-ci illər arasında 84 ölkədən plastik çirklənmə yoxlamaları və məlumatlardan istifadə etməklə hazırlanıb.

Araşdırmada tədqiq edilən tullantıların az qala yarısının hansı şirkətin istehsal etdiyinin bəlli olmadığı bildirilərkən, mənbəsi müəyyən edilən tullantıların 11 faizi  “Coca Cola” və 5 faizi “PepsiCo” tullantılarının səbəb olduğu bildirilib. Digər qlobal brendlərdən isə 3 faizlə “Nestle” və “Danone” , 2 faizlə isə “Altria” brendləri plastik çirklənməyə səbəbdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu şirkətlər müəyyən edilmiş tullantıların demək olar ki, 25%-ni təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et