Yeni Zelandiya Mərkəzi Bankı yenidən faiz artımı edib | Banco.az

Yeni Zelandiya Mərkəzi Bankı yenidən faiz artımı edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yeni Zelandiya yenidən faiz dərəcələrini artırmağa qərar verib.

Banco.az xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) (mərkəzi bank) ölkədə inflyasiyanın hələ də çox yüksək səviyyədə olduğunu əsas gətirərək uçot dərəcəsini yenidən 25 baza bəndi artırıb.

Mərkəzi Bankın çərşənbə günü elan etdiyi qərara görə, bazarın proqnozuna uyğun olaraq artırılan faiz qərarından sonra ölkədə uçot dərəcəsi 5,5 faizə çatdırılıb. 

Qeyd edək ki, bu, 2021-ci ilin oktyabrından bəri ardıcıl 12-ci faiz artımıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et