Yeni vergilər naziri kollektivə təqdim olunub | Banco.az

Yeni vergilər naziri kollektivə təqdim olunub

Azərbaycanın yeni vergilər naziri Vergilər Nazirliyinin kollektivinə təqdim edilib. Nazir Mikayıl Cabbarovu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Xatırladaq ki, ötən gün Prezident İlkam Əliyev Fazil Əsəd oğlu Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilib.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət başçısının üçüncü sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.

Mənbə: Report.az