Yeni sistemin istifadəsinə başlayıblar | Banco.az

Yeni sistemin istifadəsinə başlayıblar

İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri noyabrın 3-dən sığorta ödənişlərinə dair tələblərin tənzimlənməsi üzrə yeni sistemin istifadəsinə başlayıblar. Bu barədə İSB-nin məlumatında qeyd edilir.

İSB yeni sistemin tətbiqi ilə əlaqədar cari ilin sentyabr ayından etibarən həmin şirkətlərin nümayəndələri üçün təlimlərin keçirilməsinə başlayıb. 
“Yeni proqram təminatı vasitəsilə sığortaçılar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta ödənişlərinə dair tələbləri tənzimləyə biləcəklər”, - deyə məlumatda bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Yeni sistem sığorta tələbləri üzrə şifahi müraciətdən başlayaraq sığorta ödənişinin verilməsinədək, həmçinin subroqasiya işinin yekunlaşdırılmasınadək prosesin idarə edilməsinədək olan bütün prosesi əhaət edir. Bundan başqa, sistem sığorta şirkətlərinə tələblərin tənzimlənməsi barədə müştəriləri sms, elektron poçt və ya rəsmi məktub vasitəsi ilə məlumatlandırmağa imkan verir. Məlumatda qeyd olunur ki, sistem bir sıra digər üstünlüklərə də malikdir.

Sistemin tətbiqinə başladıqdan bir müddət sonra sığortaçılar üçün Büronun internet səhifəsi üzərindən sığorta tələbinin statusunun öyrənilməsi, sığorta tələbi haqqında qısa tarixçənin əldə edilməsi imkanı da yaradılacaq.

“İnterfaks-Azərbaycan”