Yeni model pəncərəsiz təyyarələr | Banco.az

Yeni model pəncərəsiz təyyarələr

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Emirates" hava yolları şirkəti pəncərəsiz təyyarə dizaynı üzərində işləyir.

Təyyarə bileti alarkən nələrə diqqət yetirirsiniz? Ehtimal ki, ilk olaraq oturacağınız yerə qərar verir, pəncərə kənarında bir yer seçərək bəmbəyaz buludların mənzərəsini izləməyi düşünürsünüz, elə deyilmi?

Lakin, uçuş boyunca bəlkə də diz qapaqlarınızın ağrısını unutduracaq bu gözəllik bir müddət sonra keçmişdə qala bilər.

Çünki "Emirates" hava yolları şirkəti pəncərəsiz təyyarə dizayn etməyə başlayır. Təyyarədə pəncərələrdən istifadə edilməməsinin əsas üstünlüyünün bu yeni model təyyarələrin 50% daha yüngül olması və daha az karbon emissiyası xaric etməsidir. Pəncərəsiz təyyarələrin qapalı bir qutu olacağını düşünürsünüzsə, “Emirates” hava yolları şirkətinin pəncərə əvəzinə düşündüyü başqa alternativi olduğunu deyə bilərik: Fiber optik kameralarla qeydə alınmış mənzərə görüntüləri. Beləliklə insanların özlərini normal bir təyyarədən çölə baxırmış kimi hiss edəcəklərini düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

“Emirates” hava yolları şirkətinin CEO-sunun BBC kanalına etdiyi açıqlamaya görə süni “rəqəmsal pəncərələr hava daşımacılığının gələcəyi” olaraq görülür.

Zərərli emissiyaların azalması, təyyarənin çəkisinin daha az olması baxımından bu yeni model təyyalərin istehsalı mükəmməl qərar kimi görünsə də, rəqəmsal ekranlarda yarana biləcək hər hansı nasazlıq halında qapalı məkan qorxusu olan (Klaustrofobiya) insanlar üçün hansı tədbirlərin görüləcəyi də sual doğurur.

Hava nəqliyyatının ətraf mühitin çirklənməsinə etdiyi təsir sübhəsiz ki, göz qabağındadır. Təyyarələr uçarkən atmosferə sadəcə karbon dioksid deyil, həmçinin su buxarı və nitrat turşusu da buraxırlar.

Almaniyanın aviasiya, enerji və nəqliyyat araşdırmaları üzrə milli mərkəzi olan “DLR” in Fizika İnstitutunun direktoru Prof.Dr Ulrich Schumann, hava nəqliyyatının qlobal istiləşmədə insanların məsul olduğu payda 3%-lik bir təsirə malik olduğunu bildirir. Yəni, əslində qlobal istiləşmə ilə bağlı gec verilmiş bir qərar olsa da, bu yeni model təyyarələrin istifadəsi atmosferi daha az çirkləndirmək baxımından gələcəyimiz üçün hal-hazırda almalı olduğumuz məsuliyyətdir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et