Yeni marketinq dərslərini P&G-dən öyrənin | Banco.az

Yeni marketinq dərslərini P&G-dən öyrənin

Dünyanın ən böyük reklam sifarişçisi olan Procter & Gamble öz biznesinə "əl gəzdirir".  Kompaniya demək olar ki, brendlərin sayını yarıbayarı azaldır, bəzi brendləri satır, 100-ə yaxın brendi isə, ümumiyyətlə, ləğv edir.

Bununla əlaqədar olaraq, kompaniya reklam büdcəsini də kəskin ixtisar edir, TV və çap reklamlarının xərclərini azaldır. Əvəzində isə şirkət sampling – məhsul nümunələrinin istifadəçilərə  pulsuz paylanmasını artıracaq, indi şirkət bu marketinq növünə üstünlük verəcək.  

Şirkətin idarə heyətinin sədri və baş icraçı direktoru  - Alan Corc Lafli –“sampling”-in “bazara daxil olma məqamı” («point of market entry» və ya «POEM»)  baxımından  həlledici rol oynadığını qeyd edir

Səhmdarların ənənəvi illik konfransında çıxış edərkən o, Gillette kompaniyasını misal gətirib. Proyekt çərçivəsində ABŞ-ın kişi cinsindən olan hər bir sakininə 18 yaşı tamam olan gündə FlexBal texnologiyalı Fusion ProGlide üzqırxanını göndərirlər

Lafli həmçinin qeyd edib ki, məhsul nümunələrinin xəstəxana və gənc anaların cəlb edilməsi mümkün olan digər  yerlərdə paylanılması Pampers brendini möhkəmlənməsində əsas rol oynamışdır.  Bunun nəticəsində o, öz başlıca rəqibi olan Huggies-i, Kimberly-Clark Corp kompaniyasının bredini geridə qoymağa müvəffəq olmuşdu. Onlar uşaq bezləri bazarında liderlik uğrunda mübarizə aparır, son 20 ildə isə Huggies-dən geri qalırdılar.

 «POEM» inanılmaz dərəcədə əhalini çox az bir hissəsinə ünvanlanır, həmin insanlar hətta kompaniyanın özünü yaxşı tanıtmış məhsullarını belə sınayıblar. Məsələn, Swiffer brendi altında birləşən təmizləyici vasitələr dəsti, baxmayaraq ki, bazarda 15 ildir ki fəaliyyət göstərir və ildə 1 milyard beynəlxalq satış nəticələri verir, onu ABŞ əhalinin indiyə qədər cəmi 10%-i sınayıb. Üzqırxanın cihazlar bazarında top liderlər sırasında olan Fusion ProGlide-i isə kişilərin cəmi 14%-i, Metamucil işlətmə dərmanını isə cəmi 4% yetkin amerikalı istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin brand –building üzrə beynəlxalq direktoru Mark Pitçardın sözlərinə əsasən, P&G sampling-dən əlavə daha az maliyyətli rəqəmsal mediaya keçir. Həmçinin kompaniya TV və çap reklamından daha çox effektivlik əldə etməyə çalışır və reklamın kəmiyyətini azaltmağa buna qismən nail olur. Bu kompaniyanın öz xərclərini 4 milyard dollar azaltmaq ilə bağlı qəbul etdiyi strategiyanın bir hissəsidir.

«Dünyada çoxlu sayda səliqə-səhmansız informasiyanın hökm sürdüyü bir zmanda, biz güman edirik ki,  müntəzəm şəkildə və daha az dəyişikliklə ötürülün az miqdarda reklam mesajları, istehlakmıların daha yaxşı məlumatlanmasına nail olacaq.” -  AdvertisingAge Mark Pitçarddan sitat gətirir.

Son iki il ərzində P&G marketinq işçilərinin sayını 3-də 1 dəfə azaldıb. Marketinq, araşdırma, dizayner və kommunikasiya funksiyalarını vahid brend adı altında birləşdirməklə, buna nail olmaq mümkün olub. Əsas üstünlük brend menecer pozisiyasına verilib, üst-üstə düşən öhdəliklər isə ləğv edilib.

Şirkət yenidən qurulma haqqında qərarı 2014-cü ilin avqustunda elan edib.  Bu zaman şirkət bilərəkdən 100-ə yaxın qeyri-rentabelli brenddən qurulub – onların sırasında, Duracell batareyaları, Braun epilyatoru və Spectrum Brands kimi brendlər var.

Brand-building üzrə qlobal direktor hesab edir ki,  tam hazır olana qədər bazar payına görə narahat olmaq – pis strategiyadır. Çünki o yalnız qısamüddətli reklam düzəlişlərinə aparıb çıxarır. Onun fikrincə, brendlər bazar payını hiss ediləcək səviyyədə yalnız o zaman böyüdə bilir ki, onların əlində dağıdıcı gücə malik innovativ həllər olsun və ya rəqiblər ciddi səhvlərə yol vermiş olsun. 

Ən sərfəli krediti almaq üçün müraciət et