Yeni kriptovalyuta “bitcoin cash” sürətlə populyarlaşdı | Banco.az

Yeni kriptovalyuta “bitcoin cash” sürətlə populyarlaşdı

Yeni istifadəyə verilmiş “bitcoin cash” kriptovalyutası 1 sutkadan az müddətdə bazar dəyərinə görə bu sahədə 3-cü sıraya yüksəlib.

Banco.az portalının lent.az-a istinadən verdiyi xəbərə görə, avqustun 2-də bu kriptovalyutanın bazar dəyəri 7,732 milyard dollar təşkil edib. “bitcoin cash” dəmir pulunun qiyməti 469,16 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu sahədə ilk sırada “ənənəvi” bitkoindir və onun bazar dəyəri 44,6 milyard dollar təşkil edir. İkinci yeri 21 milyardlıq dəyəri ilə “ethereum” tutur. Son günlərə qədər 3-cü sırada olan “ripple” 6,7 milyardlıq dəyəri ilə 4-cü sıraya geriləyib.

Qeyd edək ki, “bitcoin cash” avqustun 1-də “bitcoin”dən ayrılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et