Yeni il arzusunu gerçəkləşdirmək üçün beş orjinal yol! | Banco.az

Yeni il arzusunu gerçəkləşdirmək üçün beş orjinal yol!

Təamlar süfrəyə düzülüb, şampanlar soyudulub, libaslar seçilib, hədiyyələr şam ağacının altında öz sahibini gözləyir… Yeni ilin başlamasına saatlar qalıb. Qarşıdan mərasimin ən həyəcanlı hissəsi, bayram sehrinin baş verdiyi həmin an gəlir: gözlərini qırpıb, arzu tutursan. Əgər siz hər il eyni sehrli fəndə əməl edirsiniz və bu işə yarayırsa (məsələn, bir kağız parçasına arzu yazıb şam ağacının altına qoyursunuz  və istəyiniz həmin il ərzində gerçəkləşir), onda təbii ki, bu ənənəni dəyişdirməyə ehtiyac yoxdur. Əks halda, niyə bu il yeni bir şey sınamayaq və bütün 2022-ci il üçün uğur, sevgi, pul və sağlamlıq cəlb etməyək?

İspaniyada yeni il şənliyini bu ənənə olmadan təsəvvür etmək mümkün deyil. Saat 12-ni tamamlamadan, ilin son 12 saniyəsində  əqrəbin hər hərəkət anında bir üzüm dənəsini ağzınıza atırsınız ki, gələn il üzüm kimi şirin və bərəkətli olsun. Saat 12-də ağzınız üzümlə dolu olur. Bu ritual üçün yaxşı olar ki, çəyirdəksiz üzüm növü seçəniz. Sonra isə üzümlərin boğazınızdan keçməsi üçün şampan içə bilərsiniz.

Çöldə şaxta olsa belə, bütün pəncərələri açıq qoyun: mənfi enerji evdən qaçacaq və bol şans cəlb olunacaq. Saatın ilk zəng səsi ilə açıq pəncərələrdən birinə bir arzu qışqırın (və ya sakitcə pıçıldayın) ki, taleyiz mütləq eşitsin.

gold and white floral wreath

Ən sərfəli kredit üçün müraciət et

Başqa bir sınanılmış yol (əsasən pul istəkləri ilə işləyir) - şampan şərabı qədəhinə qızıl üzük atmaq və sonra şərabı sona qədər içmək, arzunuzu gözünüzdə canlandırmağı unutmayın. 

Maddi arzuları germəkləşdirmək ilə bağlı daha bir adət isə (imtahanlarda olduğu kimi) dabanın altına qəpik pul qoymaqdır ki, gələn il özünüzə var-dövlət cəlb edəsiniz. 

1lady.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et