Yeni dünya iqtisadiyyatı iqlim dəyişiklikləri ilə ayaqlaşmalıdır | Banco.az

Yeni dünya iqtisadiyyatı iqlim dəyişiklikləri ilə ayaqlaşmalıdır

Yeni dünya iqtisadiyyatı iqlim dəyişiklikləri ilə ayaqlaşmalıdır.

Bunu VIII Qlobal Bakı Forumu çərçivəsində "Yeni dünya iqtisadiyyatı mövzusu"nda paneldə çıxış edən Monteneqronun sabiq Baş naziri İgor Luksic deyib.

Onun sözlərinə görə, artıq texnologiyalar əsrindəyik. Məhz burada çox vacib qlobal iqtisadiyyatın qiymətləndirilməsi üçün bu komponent dəyərləndirilməlidir: "Ayrı-ayrı tendensiyalar birləşdirilməli, müxtəlif tendensiyalar işqılandırılmalıdır. 100 il bundan əvvəlki əhali ilə indiki əhali arasında çox böyük fərq var. İndi texnologiyanın rolu danılmazdır. Bu, internet diplomatiyasıdır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et