Yeni başlayanlar üçün foreks | Banco.az

Yeni başlayanlar üçün foreks

Foreks öyrənmək

Sizə məlumdur ki gündəlik dövriyəsi 5 trilyon dollar böyüklüyündə əməliyyat həcminə sahib olan forex bazarında qısa müddətdə pulunuzu ciddi şəkildə artıra bilərsiniz. Bunun üçün forex və investisiya haqqında yaxşı məlumatınızın olması lazımdır. Çünki pulunu düzgün şəkildə idarə edə bilməyən insanlar sonda böyük zərərlə bazarı tərk edirlər. Bu zərərin əsas səbəbi də məlumatsızlıqdan irəli gəlir. Buna görə bazara daxil olmaq istəyirsinizsə əvvəlcə forex haqqında öyrənməyiniz vacibdir.

Forexə başlamadan öncə bir neçə şeyi bilməyiniz məsləhətdir:

Foreks haqqında biliyinizi gücləndirin!

Çünki təməli yaxşı qoyulmayan bina necə ki bir gün çökür eləcə də forex haqqında yaxşı öyrənməyən insan bir gün bazarı zərərlə tərk edə bilər. Buna görə də sıfırdan başlayaraq forexi öyrənməlisiniz. Forexdə al-sat əməliyyatları necə edilir, investisiya vasitələri nələrdir, bazar analizi necə edilir kimi mövzuları araşdırmağınız lazımdır. Bütün bunları forex şirkətlərinin kurslarına yazılmaqla öyrənə bilərsiniz. Bəzən pulsuz təhsil verən şirkətlər də olur. Demo hesabla foreksdə məşq edə bilərsiniz.

Forexin texniki təchizatına sahib olmalısız!

Ən sərfəli kredit üçün müraciət et

Forex haqqında yaxşı bilik ilə bazarda uğurlu olacağınızı fikirləşirsinizsə yalnış edirsiniz. Çünki məlumatla yanaşı təcrübəyə də ehtiyacınız var. Təcrübəli sərmayəçilərə görə təcrübəsiz investorların səhv etmə nisbəti daha yüksəkdir. Bunun səbəbi təcrübə sayəsində risklərin minimuma endirilməsidir. Buna görə qətiyyətlə forexin texniki təchizatına sahib olmalısınız. Real hesabın eynisi olan demo hesabda çoxlu məşq etməlisiniz. Etdiyiniz əməliyyatlar nəticəsində səhvlərinizin səbəbini öyrənməlisiniz.

Demo hesabla praktiki məşqlər edin!

Bir çox insan düşünür ki foreks haqqında məqalələr oxuyub videolara baxmaqla artıq işə başlaya bilər amma bu belə deyil. Demo hesabınızda gündəlik ciddi şəkildə məşğul olsanız təcrübəli investorların səviyyəsinə çata bilərsiniz. Bunun üçün həqiqətən də istəkli və səbirli olmalısınız. Qarşınızda prinsib olmalıdır. Təsadüfi əməliyyatlar ilə qazanc əldə edə bilməyəcəyinizi başa düşməlisiniz. Buna görə də real hesab açmadan öncə mütləü və mütləq demo hesab açmağınız vacibdir! İnvestisiya alətlərinin qiymət səviyyələrini incələməlisiz. Analizlər etməlisiniz. Qiymət qrafikləri necə oxunur öyrənməlisiniz. Beləliklə uğurlu investorlar kimi qazanlı əməliyyatlar edə bilərsiniz.

Mənbə: Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et