Tamara Mustafayeva, Banco.az
İspaniyanın BBVA və Sabadell adlı bankları birləşmək üçün ilkin danışıqlara başlayıblar. Birləşmə reallaşacağı təqdirdə ölkənin ən böyük bankı ortaya çıxacaq.
BBVA İspaniya qiymətli kağızlar bazarı və Birjalar üzrə Milli Komissiyaya (CNMV) Sabadell bankı ilə ilkin danışıqlar prosesində vəziyyəti analiz etmək üçün hər iki tərəfdə də müvafiq prosedurun başladığını və inzibatçıların təyin edildiyini bildirib.
BBVA Sabadell ilə birləşəcəyi təqdirdə İspaniyanın ən böyük bankına çevriləcək, 46 min personala və 4 min 200-dən çox şöbəyə sahib olacaq.
Xatırladaq ki, İspaniyada bu ilin sentyabr ayında Caixabank-ın Bankia ilə birləşməklə 664 milyard avroluq dəyərə çatmasından sonra yerli mətbuatda BBVA-nın da Sabadell bankını satın alacağı iddia edilmişdi.
Həmçinin oxu: Avropa bankları pandemiyadan sonra da məsafədən işləməyi dəstəkləyir
Bizi sosial şəbəkələrdən izləyin!!