Yelo Bankda Kreditlərin Bərpası üzrə yeni Baş Direktor təyin olunub. | Banco.az

Yelo Bankda Kreditlərin Bərpası üzrə yeni Baş Direktor təyin olunub.

Səbuhi Süleymanlı Yelo Bankın Kreditlərin Bərpası üzrə Baş Direktor vəzifəsinə təyin olunub. 

2003-cü ildə Milli Aviasiya Akademiyasının İnzibati İdarəetmə ixtisasını fərqlənmə ilə bitirən S. Süleymanlı, karyerasına 2005-ci ildə AccessBank-da kiçik kredit mütəxəssisi kimi başlayıb. Burada kredit istiqaməti üzrə özünü inkişaf etdirərərək, 2010-cu ildə filial müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən  altı filial şəbəkəsi üzrə Regional Direktor olub. 2018-ci ildə AccessBank-ın Kreditlərin bərpası departamentinin direktoru olaraq böyük nailiyyətlər əldə etdikdən sonra,  2019-cu ildə İcraçi Direktor , 2020-ci ilin yanvar ayından isə Bankda Baş direktor vəzifəsinə təyin edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et