Yelo Bank-dan əsgərlərimizə növbəti dəstək | Banco.az

Yelo Bank-dan əsgərlərimizə növbəti dəstək

Yelo Bank torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan müzəffər ordumuza növbəti dəstək aksiyası təşkil etdi.

Daha əvvəl də tibbi ləvazimatlar, gigiyenik vasitələr, isti geyimlər, qida məhsulları və digər ilkin tələbat ləvazimatları isti geyimlər tədarük edilərək ön cəbhədə vuruşan əsgərlərimizə və hərbi hospitallara göndərmişdik. Bu dəfəki dəstək aksiyası zamanı da yardım payları ön cəbhənin fərqli istiqamətində vuruşan əsgər və zabit heyətimizə göndərilib.

Xatırladaq ki, Yelo Bank döyüşlərin ilk günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Hamı üçün çətin bu dönəmdə hər birimiz həmrəylik nümayiş etdirməli və ordumuza dəstək olmalıyıq.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Ən sərfəli krediti almaq üçün müraciət et