Yellen: "Donald Tramp Fed-in siyasətlərini başa düşmür" | Banco.az

Yellen: "Donald Tramp Fed-in siyasətlərini başa düşmür"

ABŞ Mərkəzi Bankının (Fed) keçmiş sədri Janet Yellen ABŞ Prezidenti Donald Trampın Fed-in siyasətlərindən və makroiqtisadiyyatdan anlamadığını söyləyib. 

Janet Yellen bir radioya verdiyi müsahibəsində ABŞ Prezidenti Donald Trampı tənqid edib.

Yellen, "Tramp iqtisadi siyasətlərdən anlayır?" sualına "xeyr anladığını hesab etmirəm" cavabını verib. 

Yellen, "Konqresin bizə vermiş olduğu (maksimum məşğulluq və qiymət sabitliyi) səlahiyyətini də anladığından şübhəm var. Öz biznes planlarını dəstəkləmək məqsədilə dolların gücünü Fed tərəfindən hədəflənən hala gətirmək məsələsində fikirlər söylədi. Bu kimi ifadələr Fed-in iqtisadiyyatdakı təsirini və uyğun siyasət məqsədlərini anlamadığını göstərir",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

Fed-in ilk qadın sədri olan Yellenin sədrlik vəzifəsi 2018-ci ilin Fevral ayında başa çatmışdı. Tramp, Fed sədri təyin etdiyi Cerom Pauelli də tənqid edir. 

Yellen bu kimi hücumların zərərli ola biləcəyinə diqqət çəkərək "Əgər bu davam edərsə, xüsusilə də ABŞ-da hər hansı bir səbəbdən şərtlər pisləşərsə Fed-ə olan etimada zərbə endirə bilər" deyib.

Fed keçən il 4 dəfə faiz artırmış, keçən aykı iclasda isə faiz artırmaq məsələsində "gözlə gör" möveyinə keçdiyini bildirilmişdi.

Yellen iqtisadi mənzərəyə dair bir çox qeyri-müəyyənlik olduğuna diqqət çəkərək, "İndi durub vəziyyətin necə dönəcəyinə izləmək məqsədəuyğun olar" açıqlamasını edib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et