Yellen Çin Baş nazirinin müavini ilə görüşüb | Banco.az

Yellen Çin Baş nazirinin müavini ilə görüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Canet Yellen Çin Baş nazirinin müavini Liu ilə görüş keçirib.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Yellen və Liunun İsveçrənin Sürix şəhərində ikitərəfli görüş keçirdikləri bəlli olub.

Canet Yellen vəzifəyə gəldikdən sonra ilk dəfə təkbətək görüş keçirən rəsmilərin bu görüşü “səmimi, konkret və konstruktiv” adlandırılıb. Qeyd olunub ki, Yellen və Liu makroiqtisadi və maliyyə hadisələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Nəticədə hər iki tərəf qlobal iqtisadiyyatın inkişafı üçün makroiqtisadi və maliyyə məsələləri üzrə kommunikasiyanın daha da təkmilləşdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et