Yay mövsümü artıq “qapı”dadır. Uzun zamandır gözlənilən istirahəti harda və necə keçirtmək barədə düşünməyin əsl vaxtıdır. Lakin pulunuz kifayət etmir?
Bu zaman ağıla ilk kredit təklif edən turizm şirkətləri və banklar gəlir.
Bəs səyahət kreditini necə əldə etmək olar? Qeyd edək ki, bunun bir çox variantları mövcuddur. Gelin birinci turizm şirkətlərinin verdiyi səyahət kreditlərinə nəzər salaq. Məlumdur ki, artıq böyük turizm şirkətləri tərəfindən bu növ kreditlər səyahət etmək istəyən müştərilərə təklif olunur. Turizm şirkətləri tərəfindən təklif olunan kreditlərin rəsmiləşdirilməsi üçün müştərinin banka getməyinə lüzum qalmır. Müvafiq bank və turizm şirkətləri arasında imzalanan razılaşma əsasında sənədlərin mübadiləsi gerçəkləşir. Əməliyyat əsasən 15-20 dəqiqə müddətində tamamlanır. Siz pulu görməsəniz də, artıq “səyahət dolu” çek cibinizdə olacaq. Məsələn, NBC Bankın ölkə daxilində və xaricində səyahət etmək istəyən hər bir kəsə təklif etdiyi sərfəli səyahət kreditini əldə etmək üçün bankın rəsmi əməkdaşlıq etdiyi "A Travel", "Amor Travel", "Atlas Travel", "World Travel", "Royal Travel MMC", "Millenium Turizm", "ETS Travel", "Caspian Travel", "Gold Travel", "Sevgün Travel", "Atropatena Tur", "Le Tur", "Sky Travel", "Freestyle Safari", "Grrenvic Travel" və "Bakı Travel" turizm şirkətlərinə yaxınlaşaraq münasib səyahət paketlərini seçərək kreditinizi rəsmiləşdirə bilərsiniz.
Ikinci variant kimi banklar tərəfindən təklif olunan standart “Səyahət Kreditləri”ni nəzərdən keçirək. Bank tərəfindən kreditlərin verilməsi üçün müəyyən sənədlər lazımdır : şəxsiyyət vəsiqəsi , iş yerindən arayış və sığorta şəhadətnaməsi.
Lakin ən optimal seçim isə Kredit Kartlarının alınmasıdır. Bundan başqa səyahət zamanı kart vasitəsilə alış-veriş etmək sizə bonuslar qazandıra bilər. Lakin bu xidmətin də mənfi cəhəti vardır ki, əgər sizə pul lazım olsa və bu bayram günlərinə təsadüf etsə, bank kredit kartı hesabınızdan komissiya haqqı tutacaq.
Azərbaycanda banklar öz müştərilərinə müxtəlif şərtlərlə səyahət və ya turizm kreditləri təklif edirlər. Buna Rabitəbank və NBC Bank tərəfindən 5 000 manatadək, Bank of Baku və TBC Kredit tərəfindən 3 000 manatadək, illik 26-30% və müddəti 3-24 ay arası dəyişən səyahət kreditlərini nümunə göstərə bilərik.