"Yaxşı ideyaların İyerarxiyası yoxdur" - Mary Barra, General Motors CEO | Banco.az

"Yaxşı ideyaların İyerarxiyası yoxdur" - Mary Barra, General Motors CEO

General Motors CEO Mary Barra (Baş icraçı direktor)

Bəlkə də Barra Geneal Motors-un baş icraçı direktorudur, amma o həqiqətən fərqindədir ki, bəzən ən yaxşı ideyalar heç də yan ofisdən gəlmir . O, yazır ki, “Fərqi yoxdur hansı biznesdəsiniz, ideyalar hər yerdən – istehsal xəttindən, satış şöbəsindən və sizin mühəndislik mərkəzindən də gələ bilər.”

"İnsanlar kompaniya daxilində fərqli rollara sahibdir, bunun sayəsində də onların fərqli baxışları formalaşır – Barra izah edir ki, bu alternativ baxış bucaqları və məsələyə yanaşmalar olduqca dəyərlidi". Bütün komandanın rəyini öyrəndikdən sonra o, əmin olur ki, “həll yolları hər bir bucaqdan dəyərləndirilib”.

General Motors CEO Mary Barra: 

"Mənim General Motors-da  tutduğum vəzifələr içərisinsə ən effektiv rəhbər vəzifələrindən biri Detroyt –Hamtramck zavonun idarəetməsi olub, bu təxminən 10 il əvvəl olub. Mənim üçün avtomobil yığma prosesi bir incəsənət əsəridir və onun üzərində  minlərlə insan işləyir ki, texniki cəhətdən mürəkkəb, lakin gözək tərtibatlı  və əhangdar işləyən nəqliyyat vasitələrini ortaya qoysunlar.

Ən sərfəli kredit üçün müraciət et

Həmin dövrdə satışa çıxarılan iri sedanların yığımasını biz "D-Hам"-da həyata keçirirdik, məlum olduğu kimi zavod geriləyirdi və biz istehsalı və işçi qüvvəsini azaltmaq kimi çox ağrılı, lakin zəruri bir qərar qəbul etmək məcburiyyətində qaldıq.

Bizim planlamamız düz deyildi və istehsalın azalması çoxlu problemlər yaratdı.

Biz hər gün dəridən-qabıqdan çıxırdıq ki, tələb olunan keyfiyyətdə avtomobilləri, həm də tələb olunan sürətlə yığaq. Mənim komandaya rəhbərliyə bağlandığımdan təxminən bir aya yaxın müddət sonra mən bizim keyfiyyət, məhsuldarlıq, iş yerində təhlükəsizlik və digər tədbirlərlə bağlı öhdəliklərimizi yerinə yetirməyə imkan verəcək dəyişiklikləri müzakirə etmək üçün biz şirkət rəhbərliyi ilə görüşdük. Öz hədəflərimiz üzərində birləşdiyimiz andan etibarən biz irəliləyişləri görməyə başladıq.

Mən şadam ki, "D-Hам"-da yenə də istehsal xətləri fırlanmağa davam edir və biz orada elektrik diapazonu genişlənmiş Chevrolet Volt kimi yeni nəsil, həmçinin yeni nəhəng və dəbdəbəli sedanımız Cadillac CT6 kimi modellər yığdıq.

Hər rəhbər fərqli üsulla işləyir. Mənim xoşuma gəlir ki, ideyaların yaranmasında komanda üzvləri də iştirak etsin və görüşlərdə onların olması “həll yollarının hər bir bucaqdan dəyərləndirilməsini” təmin edir, istər  xoş, istərsə də çətin anlarda”. 

Ən sərfəli krediti almaq üçün müraciət et