Minimum əməkhaqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanda qərar veriləcək.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.
O xatırladıb ki, dövlət başçısı İlham Əliyev sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib.
V.Bayramov qeyd edib ki, hökumət artıq bu istiqamətdə təkliflərin hazırlanmasını həyata keçirir:
“Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti təklifləri bu ayın ikinci yarısı təqdim edəcək”.
report